Bakı. 20 fevral. REPORT.AZ/ İndiyə qədər Azərbaycanda dənizdə yerləşən yataqlardan 1,067 mlrd. ton, quruda yerləşən yataqlardan isə 0,978 mlrd. ton neft hasil edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (
Bundan başqa, onun sözlərinə görə, indiyə qədər dənizdəki yataqlardan təbii qaz hasilatının həcmi 689 mlrd. kubmetr, qurudakı yataqlardan isə 139 mlrd. kubmetr təşkil edib.
SOCAR-ın vitse-prezidenti şirkətin 2000-ci ildən bəri 2,6 mln. metr qazma işləri apardığını, 1 490 quyunun hasilata daxil edildiyini, hər il 70-80 quyunun istismara verildiyini də diqqətə çatdırıb.