Azərbaycanda ilk “Big Data” Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda ilk “Big Data” Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb Bakı. 15 dekabr. REPORT.AZ/ BP şirkəti və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarıının dəstəyi ilə ADA Universitetində Azərbaycanda ilk “Big Data” Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb.
Energetika
15 Dekabr , 2017 12:02
Azərbaycanda ilk “Big Data” Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb

Bakı. 15 dekabr. REPORT.AZ/ BP şirkəti və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarıının dəstəyi ilə ADA Universitetində Azərbaycanda ilk “Big Data” Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, ötən ildən həyata keçirilən bu layihə BP və tərəfdaşlarının ölkədə təhsilin inkişafına və iş bilgisinin artırılmasına dəstəyinin bir hissəsidir.

Bu mərkəzin ardınca ADA Universitetində “Big Data”nın təhlili və data elmi üzrə yeni magistr dərəcəsi prpoqramı da fəaliyyətə başlayacaq ki, bu da ölkənin data mütəxəssislərinə və “big data” üzrə analitiklərə olan qarşılanmasına xidmət edəcək. Mərkəz həmçinin daha geniş təsirə malik olacaq. O, dövlət təşkilatları və özəl sektorun təmsilçiləri üçün açıq olacaq və onlara öz resurslarından istifadə imkanı yaradacaq.

Layihənin başlamasından ötən bir il ərzində data təhlili üzrə kitabxana yaradılıb, aparat və proqram təminatı daxil olmaqla bütün avadanlıqlar və resurslar, 30 iş terminalı quraşdırılıb, işçi heyətinə təlim keçirilib. Hazırda Mərkəz fəaliyyət göstərməyə tam hazırdır.

Bu bir illik layihə 2016-cı ilin oktyabr ayında başlayıb və ADA Universiteti tərəfindən həyata keçirilir. Layihənin dəyəri 410 min dollar təşkil edir.

Mərkəzin açılışına həsr edilmiş tədbirdə çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev bildirib ki, Mərkəzin yaradılması ölkənin akademik cəmiyyəti üçün çox vacibdir. Rektorun sözlərinə görə, Mərkəz bütün sahələr üzrə tədqiqat bacarıqlarının genişləndirilməsinə və tədqiqat ekosisteminin inkişaf etdirilməsinə kömək edəcək: “İnformasiya texnologiyaları və mühəndislik institutu iş sahəsi və lazımi hesablama avadanlıqları ilə təhciz olunmuş laboratoriya yaratmaqla mərkəzin fəaliyyətə başlamasında əsas rol oyanıb. Əminəm ki, Mərkəz akademik cəmiyyət və sektorlar arasında olan qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirəcək”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib ki, BP və tərəfdaşları bu yeni “big data” mərkəzini açmaqdan məmnundur: “Mərkəz bu qəbildən olan ilk və mən deyərdim ki, unikal bir tədqiqat ocağıdır və ölkədə yeni bir sənaye sahəsinin inkişafına təkan verəcək. İnanırıq ki, bu, ölkənin qlobal “big data” bazasının bir hissəsinə çevrilməsi və böyük həcmli məlumatların emalında regionda aparıcı yer tutması üçün geniş imkanlar yaradır”.

Onun sözlərinə görə, ən əsası isə bu mərkəz ölkədə data üzrə ixtisaslaşmış alimlərin, data və informasiya üzrə mühəndislərin və “big data”nın təhlili üzrə peşəkar mütəxəsssislərin yetişdirilməsinə təkan verəcək: “Biz Təhsil Nazirliyi və ADA Universiteti ilə qurduğumuz bu əməkdaşlqdan çox məmnunuq. Birlikdə data elmləri üzrə təcrübə də daxil olmaqla, bir sıra sahələrdə ölkədə iş bilgisinin, bacarıqların və səriştələrin inkişaf etdirilməsinə dəstək olmaq üçün işlər görə bilərik”.

"İnformasiyaya çıxışın gücə bərabər olduğu bir dünyada yaşayırıq. "Big data" həmin gücün sərhədlərini daha da genişləndirir. Təhlillərin keyfiyyətini və icra sürətini anlamaq çətindir. Sizə öz sektorumuzdan sadə bir misal çəkmək istəyirəm. BP əməkdaşının yaratdığı bir alqoritm duz təbəqələrindən keçərək altdakı qatları görməklə 200 mln. barel neft ehtiyatına malik yeni bir yatağı kəşf etməyimizə yardım edib. Hyuston şəhərindəki "big data" mərkəzimizə bu alqoritmin emal edilməsinə sadəcə iki həftə tələb olundu. Halbuki, hesablamalarımıza əsasən, bunun üçün XX əsrin superkompüterlərinə 1000 ildən artıq vaxt tələb olunacaqdı".

Son xəbərlər

Orphus sistemi