Bakı. 16 noyabr. REPORT.AZ/ 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft emalı məhsullarının istehlakı 2,8 mln. ton olub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcm 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,2% azalıb.
Ümumi istehlakın 34,5%-ni avtomobil benzini, 33,4%-ni dizel yanacağı, 11,8%-ni mazut yanacağı, 5,5%-ni neft bitumu, 4,3%-ni neft-kimya sənayesində istifadə üçün benzin, 3,9%-ni aviasiya üçün və sair ağ neft, 3,2%-ni maye qaz, 1,1%-ni sürtkü yağları, 2,3%-ni isə digər neft emalı məhsulları təşkil edib.
Beləliklə, hesabat dövründə ölkədə 969,2 min ton avtomobil benzini, 937,6 min ton dizel yanacağı, 330,4 min ton mazut yanacağı, 122,2 min ton neft kimya sənayesində istifadə üçün benzin, 110,9 min ton aviasiya üçün və sair neft, 155,2 min ton neft bitumu, 90,3 min ton maye qaz, 30,6 min ton sürtkü yağları, 63,6 min ton isə digər məhsullar istehlak edilib.