Azərbaycanda iki rayonun yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq

Azərbaycanda iki rayonun yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq Bakı. 3 may. REPORT.AZ/ Diametri 1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 102-103-cü km-lərində avtomobil yolu ilə kəsişən və yeni çəkilərək təhlükəsiz əraziyə köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq.
Energetika
3 May , 2018 09:28
Azərbaycanda iki rayonun yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq

Bakı. 3 may. REPORT.AZ/ Diametri 1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 102-103-cü km-lərində avtomobil yolu ilə kəsişən və yeni çəkilərək təhlükəsiz əraziyə köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq.

“Report” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, təmir müddətində Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Son xəbərlər

Orphus sistemi