Azərbaycanda iki kəndə qaz verilib

Azərbaycanda iki kəndə qaz verilib “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Göyçay rayonunun Mollahacılı kəndinə və Ağdaş rayonunun Yuxarı Ləki kəndinə təbii qaz verilib.
Energetika
9 Oktyabr , 2019 16:52
Azərbaycanda iki kəndə qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Göyçay rayonunun Mollahacılı kəndinə və Ağdaş rayonunun Yuxarı Ləki kəndinə təbii qaz verilib.

“Report”a İstehsalat Birliyindən verilən məlumata görə, Mollahacılı kəndində keçirilən mərasimdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “Azəriqaz” İB-nin Göyçay Regional Qaz İstismarı İdarəsinin işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 69 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 6 074 metr olan metal borulardan istifadə olunub, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına şərait yaradır. Sonra məşəl alovlandırılmaqla kəndə təbii qaz verilib.

Bu gün Ağdaş rayonunun Yuxarı Ləki kəndindəki yeni yaşayış massivinə də qaz verilib. Burada isə 136 abonent mavi yanacaqla təmin olunub.

Son xəbərlər

Orphus sistemi