Azərbaycanda hidrogen enerjisi ilə bağlı hesabat açıqlanacaq

Azərbaycanda hidrogen enerjisi ilə bağlı hesabat açıqlanacaq “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanda hidrogen enerjisindən istifadənin səmərəli olması ilə bağlı hesabat açıqlanacaq.
Energetika
30 May , 2023 18:07
Azərbaycanda hidrogen enerjisi ilə bağlı hesabat açıqlanacaq

“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanda hidrogen enerjisindən istifadənin səmərəli olması ilə bağlı hesabat açıqlanacaq.

"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən "Yaşıl enerji və ətraf mühit - bizneslər üçün inkişaf perspektivləri" mövzusunda ictimai müzakirələrdə deyib.

C.Abdullayevin sözlərinə görə, hesabat Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyə dəstəyi ilə hazırlanıb.

“Bir daha sübut ediləcək ki, Azərbaycanda hidrogen istehsalı kifayət qədər səmərəlidir. Bu hesabatdan sonra hidrogenlə bağlı istər kiçik, istərsə də böyük layihələrin həyata keçirilməsi aktuallıq kəsb edəcəyinə inanıram.

Biz həm də “elektromobilliklə bağlı milli tədbirlər planı” üzərində işləyirik. Bu istiqamətdə işlərimizi sinxronlaşdırmağa hazırıq və kiçik və orta biznesin təkliflərinə açığıq. Təklifləri həmin sənəddə nəzərə alacağıq”.

Son xəbərlər

Orphus sistemi