Azərbaycanda günəş və külək enerjisi istehsalı azalıb

Azərbaycanda günəş və külək enerjisi istehsalı azalıb İstilik elektrik stansiyalarında isə istehsalın həcmi 16,4 mlrd. kVt/saata çatıb
Energetika
18 Noyabr , 2017 12:40
Azərbaycanda günəş və külək enerjisi istehsalı azalıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 35,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 32% azdır.

Son 1 ildə küləklə işləyən stansiyalarda istehsal 20,5% azalaraq 10,5 mln. kVt/saata enib.

Əvəzində istilik elektrik stansiyalarında istehsalın həcmi 1,5% artaraq 16 384,3 mln. kVt/saata yüksəlib, su elektrik stansiyalarında isə 8,5% azalaraq 1 526,3 mln. kVt/saat təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı 18 751,4 mln. kVt/saat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur. Bunun da 17 957,0 mln. kVt/saatı əmtəəlik olub və bu, illik müqayisədə 0,5% çoxdur.

Son xəbərlər

Orphus sistemi