Azərbaycanda günəş enerjisinin istehsalı 8 % artıb

Azərbaycanda günəş enerjisinin istehsalı 8 % artıb 2020-ci ildə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 974,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Energetika
21 Yanvar , 2021 17:16
Azərbaycanda günəş enerjisinin istehsalı 8 % artıb

2020-ci ildə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 974,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2019-cu illə müqayisədə 2,4 % çoxdur.

Ötən il su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 10,4 % azalaraq 318,6 mln manat təşkil edib.

Hesabat dövründə Azərbaycanda 24 031,5 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,8 % azdır. Bunun 1 039,4 milyon kVt/saatı su elektrik stansiyalarında (32,3 % az), 22 034,2 milyon kVt/saatı istilik elektrik stansiyalarında (0,4 % çox), 94,3 milyon kVt/saat külək elektrik stansiyalarında (9,8 % az), 45,8 milyon kVt/saatı isə günəş elektrik stansiyalarında (7,8 % çox) istehsal olunub.

Son xəbərlər

Orphus sistemi