Yuxarı
    Bağlamaq

    Azərbaycanda enerji səmərəliliyini artırmağa kömək edəcək qanun layihəsi hazırlanıb

    Bakı. 22 mart. REPORT.AZ/ Enerji Xartiyası Katibliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Energetika Nazirliyi enerji mənbələrinin səmərəli istifadəsi və enerji səmərəliliyinə dair qanun layihəsi təqdim edib.

    "Report" xəbər verir ki, qanun layihəsi Avropa İttifaqının təcrübəsinə, eləcə də qabaqcıl beynəlxalq təcrübəyə əsasən hazırlanıb. 

    Layihədə Azərbaycanın bütün iqtisadi sahələrində enerjinin səmərəliliyinin artırılmasına yönəlmiş müasir siyasət alətləri əksini tapıb. 

    Enerji Xartiyasının baş katibi Urban Rusnak deyib ki, bu qanun layihəsi Azərbaycanda yeni iş yerlərinin yaradılması, sənayedə rəqabət qabiliyyətinin artırılması, ev təsərrüfatlarının enerji haqqlarının azaldılması, evlərin daha sağlam olması və ətraf mühitin qorunması baxımından böyük əhəmiyyətə malikdir. 

    Aİ-nın Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Ceroen Villems qanun layihəsinin bu iddialı istiqamətdə irəliyə doğru bir addım olduğunu qeyd edib: "Aİ EU4Energy proqramı çərçivəsində görülən işlər daxil olmaqla, Avropanın ən qabaqcıl təcrübəsini və əməli işlərini Azərbaycana gətirməyə davam etməsindən qürur duyur".

    2017-ci ilin may və oktyabr aylarında keçirilən görüşlər ərzində qanun layihəsi Azərbaycanın müvafiq dövlət orqanları nümayəndələrindən ibarət nazirliklərarası işçi qrupun üzvləri tərəfindən müzakirə edilib. Müzakirələrdən sonra, müvafiq maraqlı tərəflərin iştirakı ilə yazılı məsləhətləşmələr keçirilib.

    Tədbir Avropa İttifaqının EU4Energy təşəbbüsü çərçivəsində baş tutub. Enerji Xartiyası Katibliyi Ermənistan, Azərbaycan və Belarusa texniki yardımın ötürülməsinə məsul olan icraçı tərəfdaşdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi