Azərbaycanda əmtəəlik qaz hasilatı 43,5% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 43,5% artıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 12 445,6 min ton həcmində qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.
Energetika
18 May , 2019 09:41
Azərbaycanda əmtəəlik qaz hasilatı 43,5% artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 12 445,6 min ton həcmində qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neftin 12 413,8 min tonunu əmtəəlik neft təşkil edib.

Xam neft hasilatı ötən ilin müvafiq dövründən 3% az olub.

Bildirilib ki, neft hasilatı planlaşdırılmış təmir işləri ilə əlaqədar “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun "Mərkəzi Azəri" platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən azalıb.

Qeyd edək ki, "Mərkəzi Azəri" platformasında illik plana uyğun olaraq, aprelin 15-dən hasilat 15 gün müddətinə dayandırılmışdı.

Hesabat dövründə ölkədə 11 637,5 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 25,4% çoxdur.

Hasil olunan təbii qazın 8 041,9 mln. kubmetri əmtəəlik təbii qaz olub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 43,5% artıqdır.

Son xəbərlər

Orphus sistemi