Azərbaycanda əmtəəlik qaz hasilatı 40% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 40% artıb Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 15 686,3 min ton xam neft hasil edilib.
Energetika
19 İyun , 2019 18:01
Azərbaycanda əmtəəlik qaz hasilatı 40% artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 15 686,3 min ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 15 650,8 min tonu əmtəəlik neft olub.

Neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% azalıb.

Hesabat dövründə 14 475,6 mln. kubmetr qaz hasil edilib ki, bunun da 10 083,9 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin beş ayında qaz hasilatının həcmi ötən ilin beş ayından 22,6%, əmtəəlik qaz hasilatının həcmi isə 40,4% çox olub.

Son xəbərlər

Orphus sistemi