Yuxarı

Azərbaycanda əmtəəlik qaz hasilatı 35% artıb

​Azərbaycanda əmtəəlik qaz hasilatı 35% artıb

Bu ilin I yarısında Azərbaycanda 18 799,3 min ton həcmində qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə xam neftin 18 736,1 min tonu əmtəəlik neftin payına düşüb. Xam neft hasilatı ötən ilin müvafiq dövründən 3% azdır.

Hesabat dövründə ölkədə qaz hasilatının həcmi isə 17 312,2 mln. kubmetr olub. Bu həcmin 11 989,7 mln. kubmetri əmtəəlik təbii qaz olub. Bu ilin I yarısında qaz hasilatının həcmi ötən ilin müvafiq dövründən 19,4%, əmtəəlik qaz hasilatının həcmi isə 35% çox olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi