Azərbaycanda əmtəəlik qaz hasilatı 34% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 34% artıb Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 22 023,5 min ton xam neft hasil edilib.
Energetika
19 Avqust , 2019 18:03
Azərbaycanda əmtəəlik qaz hasilatı 34% artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 22 023,5 min ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə xam neftin 21 975,2 min tonu əmtəəlik xam neft olub.

Neft hasilatı ötən ilin müvafiq dövründən 2,5% azalıb.

Hesabat dövründə ölkədə qaz hasilatının həcmi isə 20 316,8 mln. kubmetr olub ki, onun da 14 032,3 mln. kubmetrini əmtəəlik qaz təşkil edib.

Bu ilin yeddi ayı ərzində ümumilikdə qaz hasilatı ötən ilin müvafiq dövründəm 19,9%, əmtəəlik qaz hasilatının həcmi isə 34% çox olub.

Son xəbərlər

Orphus sistemi