Azərbaycanda əmtəəlik qaz hasilatı 27% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 27% artıb Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 34 315,7 min ton xam neft hasil edilib.
Energetika
18 Dekabr , 2019 10:09
Azərbaycanda əmtəəlik qaz hasilatı 27% artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 34 315,7 min ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, xam neft hasilatı ötən ilin müvafiq dövründən 3,2% azdır.

Bu ilin 11 ayında hasil edilən xam neftin 34 232,4 min tonu əmtəəlik xam neft olub. Əmtəəlik xam neft hasilatı ötən ilin müvafiq dövründən 3,4% az olub.

Bu ilin yanvar-noyabr ayları ərzində ölkədə qaz hasilatının həcmi isə 32 182,3 mln. kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 16% çoxdur.

Hesabat dövründə əmtəəlik qaz hasilatının həcmi 22,141 mlrd. kubmetr olub. Bu isə ötən ildən 27,1% artıqdır.

Son xəbərlər

Orphus sistemi