Azərbaycanda əmtəəlik qaz hasilatı 15,5% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 15,5% artıb Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 15,25 mln ton xam neft hasil edilib.
Energetika
12 İyun , 2020 14:45
Azərbaycanda əmtəəlik qaz hasilatı 15,5% artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 15,25 mln ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 15,17 mln tonunu əımtəəlik neft təşkil edib.

Hesabat dövründə ümumi xam neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 2,8%, əmtəəlik xam neft hasilatının həcmi isə 3,1% azalıb.

Bu ilin beş ayı ərzində ölkədə 16,44 mlrd kubmetr təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövründən 13,6% çoxdur.

Yanvar-may aylarında hasil edilən təbii qazın 11,65 mlrd. kubmetri əmtəəlik məhsulun payına düşüb ki, bu da ötən ilin analoji dövründən 15,5% artıqdır.

Son xəbərlər

Orphus sistemi