Azərbaycanda əməliyyat aparan Kanada şirkətinin rəhbəri şirkətdən yeni səhm alıb

Azərbaycanda əməliyyat aparan Kanada şirkətinin rəhbəri şirkətdən yeni səhm alıb
Energetika
25 Aprel , 2019 14:22
Azərbaycanda əməliyyat aparan Kanada şirkətinin rəhbəri şirkətdən yeni səhm alıb

Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın “Zenith Energy” şirkətinin baş icraçı direktoru və prezidenti Andrea Kattaneo şirkətin 593 289 səhmini hər səhm üçün orta hesabla 0,033 funta alıb.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, bu satınalmadan sonra Kattaneonun şirkətdə səhmlərinin sayı 20 652 911-ə çatır.

Qeyd edək ki, Kanada şirkəti "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarında 2016-cı ildən əməliyyat aparır. Blokda “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.