Azərbaycanda elektrik enerjisinin istehsalı 6 % artıb
Azərbaycanda elektrik enerjisinin istehsalı 6 % artıbBu ilin yanvar-fevral aylarında Azərbaycanda İstilik Elektrik Stansiyaları (İES) üzrə 4 998,8 milyon kVt/st, su da daxil olmaqla bərpa olunan mənbələr üzrə isə 178,1 mln. kVt/st elektrik enerjisi istehsal edilib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda İstilik Elektrik Stansiyaları (İES) üzrə 4 998,8 milyon kVt/st, su da daxil olmaqla bərpa olunan mənbələr üzrə isə 178,1 mln. kVt/st elektrik enerjisi istehsal edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Twitter"də bildirib.
"Operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə elektrik enerjisinin istehsalı 5,8 % artaraq 5 176,9 milyon kVt/st olub. İxrac 840 milyon kVt/st, idxal isə 21 milyon kVt/st təşkil edib", - deyə o qeyd edib.
Bu ilin iki ayında İES-lər üzrə 4998.8 mln. kVt•st, su da daxil olmaqla bərpa olunan mənbələrdən 178.1 mln. kVt•st #elektrikenerjisi istehsal edilib. pic.twitter.com/2RjqDU0JBh