Azərbaycanda elektrik enerjisinin 10%-i alternativ mənbələr hesabına istehsal olunur

Azərbaycanda elektrik enerjisinin 10%-i alternativ mənbələr hesabına istehsal olunur Bakı. 18 iyul. REPORT.AZ/ Bu gün Azərbaycanın elektrik enerjisi ilə təminatında bərpa olunan (alternativ) mənbələrin payı 9,5% təşkil edir.
Energetika
18 İyul , 2018 17:03
Azərbaycanda elektrik enerjisinin 10%-i alternativ mənbələr hesabına istehsal olunur
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ "Bu gün Azərbaycanın elektrik enerjisi ilə təminatında bərpa olunan (alternativ) mənbələrin payı 9,5% təşkil edir".

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən "Energetika və təmiz texnologiyalar" adlı Azərbaycan-İtaliya dəyirmi masasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov deyib. 

Onun sözlərinə görə, söhbət, əsasən, su elektrik stansiyalarından gedir. 

C.Məlikov qeyd edib ki, "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən, ölkədə 302 meqavat gücündə günəş enerjisi, 50 meqavat gücündə külək enerjisi və 20 meqavat gücündə bioenerji istehsal edəcək alternativ güclərin yaradılması nəzərdə tutulur. Bu sahəyə investisiya qoyan şirkətlər 7 il müddətinə vergidən və gömrük rüsumlarından azad olunacaq. 

Son xəbərlər

Orphus sistemi