Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

Azərbaycanda elektrik enerjisi istehsalı azalıb Avqustda respublika üzrə elektrik enerjisinin istehsalı 224,7 mln kVt/s, ixrac 67,74 mln kVt/s, idxal isə 3,5 mln kVt/s azalıb.
Energetika
14 Sentyabr , 2020 09:50
Azərbaycanda elektrik enerjisi istehsalı azalıb

2020-ci ilin səkkiz ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd 156,2 mln kVt/s, ixracı 97,86 mln kVt/s, idxalı 7,3 mln kVt/s olub.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 224,7 mln kVt/s, ixrac 67,74 mln kVt/s, idxal isə 3,5 mln kVt/s azalıb.

Məlumata görə, cari ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1 mln kVt/s azalaraq 17 mlrd 502,7 mln kVt/s olub.

Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 231,2 mln kVt/s artaraq 16 mlrd 415,5 mln kVt/s, SES-lərdə 357,8 mln kVt/s azalaraq 846,6 mln kVt/s, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,5 mln kVt/s azalaraq 240,6 mln kVt/s olub. Külək  Elektrik Stansiyalarında 70,5 mln kVt/s, Günəş Elektrik Stansiyalarında 33,1 mln kVt/s, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 137 mln kVt/s elektrik enerjisi istehsal edilib.

Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 15 mlrd 649,8 mln kVt/s (İES-lərdə 14 mlrd 952,1 mln kVt/s, SES-lərdə 697,7 mln kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 286,5 mln kVt/s (İES-lərdə 124,6 mln kVt/s, SES-lərdə 133,2 mln kVt/s, Günəş ES-də 28,7 mln kVt/s), Müstəqil Elektrik Stansiyaları üzrə 1 mlrd 566,4 mln kVt/s təşkil edib.
 

Bu dövrdə elektrik enerjisinin ixracı 829,7 mln kVt/s olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 111,1 mln kVt/s, idxalı isə 94,7 mln. kVt/s olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 9,7 mln. kVt/s azalıb.
 

Son xəbərlər

Orphus sistemi