Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Azərbaycanda elektrik enerjisi istehsalı artıb Yanvar-iyul aylarında respublikada elektrik enerjisinin istehsalı 96 mln.kVt·st artıb
Energetika
13 Avqust , 2020 11:30
Azərbaycanda elektrik enerjisi istehsalı artıb

2020-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 395,1 mln. kVt·st, ixracı 110,7 mln. kVt·st, idxalı 15,9 mln. kVt·st olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyindən bildirilib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 26,2 mln. kVt·st, ixrac 9 mln. kVt·st artıb, idxal isə 2,6 mln. kVt·st artıb.

Cari  ilin yanvar-iyul aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə  96 mln.kVt·st artaraq 15 346,9 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 381,5 mln. kVt·st artaraq 14 358,9 mln. kVt·st, SES-lərdə 277,4 mln. kVt·st azalaraq 774,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə  8,1 mln. kVt·st azalaraq 213,5 mln. kVt·st olub. Külək  Elektrik Stansiyalarında 63,03 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında  28 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 122,5  mln. kVt·st elektrik enerjisi istehsal edilib.

 Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 13 726,7 mln. kV·ts (İES-lərdə 13 086,6 mln. kVt·st, SES-lərdə 640,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 243,6 mln. kV·st (İES-lərdə 98,6 mln. kVt·st, SES-lərdə 120,9 mln. kVt·st, Günəş ES-də 24,1 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 1376,6 mln. kVt·st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 731,8 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 43,3 mln. kVt·st, idxalı isə 87,4 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 mln. kVt·st azalıb.

Son xəbərlər

Orphus sistemi