Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Azərbaycanda elektrik enerjisi istehsalı artıb Ötən ay Azərbaycanın enerji sistemində 1,8 mlrd. kVt./saata yaxın elektrik enerjisi istehsal olunub
Energetika
3 May , 2017 13:57
Azərbaycanda elektrik enerjisi istehsalı artıb

Bakı. 3 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanın enerji sistemində 1,8 mlrd. kVt/s.-a yaxın elektrik enerjisi istehsal olunub.

“Report” “Azərenerji” ASC-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7% çoxdur.

Məlumata görə, ötən ay ölkə üzrə istehsalın təxminən 98%-i və yaxud 1,769 mlrd. kVt/s-ı “Azərenerji”nin payına düşüb.

Bununla yanaşı, ay ərzində Azərbaycanın enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

“Azərenerji”nin bu ilin ilk 4 ayı ərzində istehsal etdiyi elektrik enerjisinin həcmi isə 7,897 mlrd. kVt/s. olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,3% çoxdur. 

Son xəbərlər

Orphus sistemi