Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb

Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 385 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Energetika
25 Mart , 2020 10:24
Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb
Freepik.com

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 385 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,6%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 4,3% artaraq 48,6 mln. manat təşkil edib.

Ötən iki ay ərzində Azərbaycanda 355,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 4,2% çoxdur.

Bunun 124,4 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 31,4% azdır.

Bunun 4 079,4 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin iki ayının göstəriciləri ilə müqayisədə 6,5% çoxdur.

Hesabat dövründə Azərbaycanda 17,0 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 9,1% azdır.

Yanvar-fevral aylarında ölkədə 4,7 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 7,8% azdır.

Son xəbərlər

Orphus sistemi