Azərbaycanda əhalinin qazla təminatı 95%-ə çatdırılacaq

Azərbaycanda əhalinin qazla təminatı 95%-ə çatdırılacaq ARDNŞ: Azərbaycan mazut istehsalından tamamilə imtina edəcək
Energetika
5 Noyabr , 2014 15:15
Bakı. 5 noyabr. REPORT.AZ/ Hazırda Azərbaycanda istehsal olunan yanacaq keyfiyyət baxımından yalnız "Avro-3" standartının tələblərinə cavab verir. “Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

“ARDNŞ-in nəzdnində iki neft emalı, bir qaz emalı, "Azərikimya" şirkəti, Türkiyədəki “Star” neft emalı zavodu, həmçinin tikilməkdə olan gübrə zavodu var. İstehsal edilən yanacağın kefiyyəti aşağıdır. Ölkə Prezidenti də yanacağın keyfiyyətinin aşağı olması və onun artırılması ilə bağlı göstəriş verib. Hazırda ölkədə emal edilən yanacağın keyfiyyəti "Avro-3" standartına uyğundur. Biz artıq yeni inkişaf proqramı hazırlamışıq və 2030-cu ilə qədər işləri yekunlaşdıracağıq. Nəticədə, emal edilən bütün yanacaq növləri "Avro-5" standartına uyğun olacaq", - deyə ARDNŞ rəsmisi vurğulayıb.

D.Məmmədov əlavə edib ki, Bakıdakı H.Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma işləri aparılacaq: "Əslində, bu işlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə yeni avadanlıqlar alınıb quraşdırılacaq, ikinci mərhələdə isə köhnə avadanlıqlar yenilənəcək. Sonda bu zavodun illik emal gücünü 7,5 mln. tona çatdırmağı düşünürük”.

D.Məmmədovun sözlərinə görə, bu layihənin icra müddəti 42-48 ay çəkəcək: “Layihənin icrasının sonunda "Azərneftyağ" İB-nin fəaliyyətini dayandrmağı düşünürük. Digər tərəfdən, mazut istehsalından tamamilə imtina edəcəyik. Ölkə Prezidentinin tələbi də budur ki, əhalinin təbii qaz ehtiyaclarının qarşılanması göstəriciləri yüksəlsin. Hazırda bu rəqəm 82%-dir ki, gələcəkdə biz bunu 95%-ə çatdıracağıq”.

ARDNŞ vitse-prezidenti, həmçinin il ərzində 400 min tona yaxın bitum istesal ediləcəini də deyib: “Biz bitum istehsalını da artırmağı düşünürük. İllik 350-400 min ton bitum istehsal ediləcək ki, bunun da xammalı təbii qaz olacaq”.

Xatırladaq ki, noyabrın 5-6-da Bakıda II ARDNŞ Neft-qaz emalı və Neft-kimya Kompleksi Forumu keçirilir.

Son xəbərlər

Orphus sistemi