Azərbaycanda daha iki yaşayış məntəqəsi ilk dəfə qazlaşdırılıb

Azərbaycanda daha iki yaşayış məntəqəsi ilk dəfə qazlaşdırılıb Şəki rayonunun Cumakənd və Göyçay rayonunun Bəydövül kəndlərinə qaz verilib
Energetika
10 Noyabr , 2016 15:24
Azərbaycanda daha iki yaşayış məntəqəsi ilk dəfə qazlaşdırılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Şəki rayonunun Cumakənd və Göyçay rayonunun Bəydövül kəndlərinə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Şəki rayonunun 500 abonenti olan Cumakənd kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 33 890 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Göyçay rayonunun 298 abonenti olan Bəydövül kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 27 023 metrlik polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 298 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi