Azərbaycanda daha iki kəndə qaz verilib

Azərbaycanda daha iki kəndə qaz verilib Şəmkir rayonunun Mehrili və Neftçala rayonunun Qədimkənd kəndlərinə təbii qaz verilib
Energetika
122
31 Avqust , 2015 12:00
Azərbaycanda daha iki kəndə qaz verilib

Bakı. 31 avqust.REPORT.AZ/ Şəmkir rayonunun Mehrili və Neftçala rayonunun Qədimkənd kəndlərinə təbii qaz verilib. 

"Report"un verdiyi xəbərə görə, 144 abonenti olan Mehrili kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8 265 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 144 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Neftçala rayonunun 424 abonentlik Qədimkənd kəndinə təbii qazın verilişi bərpa ediib. Qeyd olunub ki, bu məqsədlə 21 329 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi