Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha iki kəndə ilk dəfə qaz verilib

    Ümumilikdə 702 abonent qazla təmin olunub

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabirabad rayonunun Şıxsalahlı və İmişli rayonunun Boşçalılar kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

    "Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 702 abonent qazla təmin olunub.

    Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 376 abonenti olan Sabirabad rayon Şıxsalahlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 50 353 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 376 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    326 abonenti olan İmişli rayon Boşçalılar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 30 156 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 326 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi