Azərbaycanda daha iki kənd qazlaşdırılıb

Azərbaycanda daha iki kənd qazlaşdırılıb Hazırda İmişli rayonunun daha 11 kəndində tikinti quraşdırma işləri davam etdirilir
Energetika
19 Oktyabr , 2016 13:10
Azərbaycanda daha iki kənd qazlaşdırılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün İmişli rayonun Soltanmuradlı və Ölcələr kəndlərinə ilk dəfə təbii qaz verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 261 abonenti olan Soltanmuradlı və Ölcələr kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 27 059 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Hazırda İmişli rayonunun daha 11 kəndində (Nurulu, Bəcirəvan, Ağcüyür, Qaravəlili, Mirili, Çahar, Gövhərli, Qaradonlu, Məzrəli, Xubyarlı və Çaxırlı kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi