Azərbaycanda daha bir yaşayış məntəqəsinə qaz verilib

Azərbaycanda daha bir yaşayış məntəqəsinə qaz verilib 281 abonent qazla təmin olunub
Energetika
271
7 Aprel , 2018 15:42
Azərbaycanda daha bir yaşayış məntəqəsinə qaz verilib

Bakı. 7 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Cəlilabad rayonunun Xəlilabad kəndinə təbii qaz verilib.

“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, ümumilikdə 281 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 35 768 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, paylayıcı həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən “Azəriqaz”ın Baş direktoru kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən İstehsalat Birliyinin Baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Bundan əlavə, bu ildə Cəlilabad rayonunun 248 fərdi evi olan Cəlayir kəndinin qazlaşdırılması işlərinə başlanması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi