Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha bir yaşayış məntəqəsinə ilk dəfə qaz verilib

    Hazırda Xaçmaz rayonunun Günəşli qəsəbəsində və Qaracik Zeyid kəndində tikinti quraşdırma işləri davam etdirilir

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün Xaçmaz rayonunun Səlimoba kəndinə ilk dəfə təbii qaz verilib.

    “Report”un “Azəriqaz” İB-yə istinadən verdiyi xəbərə görə, 63 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 800 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 631 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Hazırda Xaçmaz rayonunun Günəşli qəsəbəsində və Qaracik Zeyid kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.


    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi