Yuxarı

​Azərbaycanda daha bir kəndə ilk dəfə qaz verilib

Kəndin 1 212 abonenti qazla təmin olunub

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün İmişli rayonunun Sarıxanlı kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

"Report" Azərbyacan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, mərasimdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 1 212 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 78 162 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi