Azərbaycanda daha bir kəndə qaz verilib

Azərbaycanda daha bir kəndə qaz verilib Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabirabad rayonunun Yolçubəyli kəndinə təbii qaz verilib.
Energetika
17 Fevral , 2018 17:18
Azərbaycanda daha bir kəndə qaz verilib

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabirabad rayonunun Yolçubəyli kəndinə təbii qaz verilib.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə, 795 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 70 min 710 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən “Azəriqaz”ın baş direktoru son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması Azərbaycan xalqının rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən Birliyin baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi