Yuxarı

Azərbaycanda daha bir kəndə ilk dəfə qaz verilib

Cəlilabad rayonunun Cəfərxanlı kəndinə ilk dəfə qazın verilməsi ilə bağlı tədbir keçirilib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu gün Cəlilabad rayonunun Cəfərxanlı kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

"Report"un Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 127 abonent təbii qazla təmin olunub.

Tədbirdə bildirilib ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 629 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 12 131 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 127 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi