Azərbaycanda daha bir kənd qazlaşdırılıb

Azərbaycanda daha bir kənd qazlaşdırılıb Salyanın Marışlı kəndinə qaz verilib
Energetika
19 Dekabr , 2016 15:47
Azərbaycanda daha bir kənd qazlaşdırılıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Salyan rayonunun Marışlı kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

“Report”un “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Bildirilib ki, 468 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 36 990 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 468 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Salyan rayonunun Kürsəngi kəndində tikinti quraşdırma işləri davam etdirilir, tikintisi başa çatdırıldiqda təbii qazın verilişi təmin ediləcək.  

Son xəbərlər

Orphus sistemi