Azərbaycanda daha bir kənd qazlaşdırılıb

Azərbaycanda daha bir kənd qazlaşdırılıb Yaxın vaxtlarda Bərdənin 5 kəndinə qaz veriləcək
Energetika
24 Avqust , 2016 18:20
Azərbaycanda daha bir kənd qazlaşdırılıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bərdə rayonunun Lək kəndinə ilk dəfə təbii qaz verilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 485 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Qeyd olunub ki, hazırda rayonun Hacallı, Lənbəran, Otuzikilər, Mollalı və Mustafaağalı kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə təbii qazın verilişi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi