Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha 4 kənd qazlaşdırılıb

    Kəndlərdə 725 abonent qazla təmin olunub

    Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Ağsu rayonunun Hacman, İmişli rayonunun Nurlu, Zərdab rayonunun Məlikli və Burunlu kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

    “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirlərdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 98 abonenti olan Ağsu rayonunun Hacman kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 5 297 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 98 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    126 abonenti olan İmişli rayonunun Nurlu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 21 198 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    501 abonenti olan Zərdab rayonunun Məlikli və Burunlu kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 58 397 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 501 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi