​Azərbaycanda daha 3 kəndə qaz verilib

​Azərbaycanda daha 3 kəndə qaz verilib Ümumilikdə, 356 abonent qazla təmin olunub
Energetika
13 İyun , 2016 16:42
​Azərbaycanda daha 3 kəndə qaz verilib

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Goranboy və Cəlilabad rayonlarının daha 3 kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Goranboy rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 337 abonenti olan Xınalı və Qaradağlı kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 29 628 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Cəlilabad rayonunun 19 abonentlik Məşədivəlli kəndinə ilk dəfə təbii qaz verilməsi ilə əlaqədar baş tutan mərasimdə vuğulanıb ki, qazlaşdırma işləri zamanı birpilləli sistem əsasında 1264 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi