Azərbaycanda daha 3 kəndə qaz verilib

Azərbaycanda daha 3 kəndə qaz verilib Kəndlərin 983 abonenti qazla təmin olunub
Energetika
17 Dekabr , 2015 15:14
Azərbaycanda daha 3 kəndə qaz verilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Kürdəmir rayonunun Şilyan və Quşlar kəndlərinə ilk dəfə təbii qaz verilib, Xınıslı kəndinin qaz təchizatı isə yenidən bərpa edilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İB-nin təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, ümumilikdə 983 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 105 450 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi