Azərbaycanda daha 3 kəndə təbii qaz verilib

Azərbaycanda daha 3 kəndə təbii qaz verilib Üç kənddə ümumilikdə 725 abonent qazla təmin olunub
Energetika
17 Sentyabr , 2015 17:58
Azərbaycanda daha 3 kəndə təbii qaz verilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Beyləqan, Saatlı və Şabran rayonlarının daha üç kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, üç kənddə ümumilikdə 725 abonent qazla təmin olunub.

Qaz verilişi münasibətilə Beyləqan rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 192 abonenti olan Günəşli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 192 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

485 abonenti olan Saatlı rayonunun Qarayevkənd kəndinin qazlaşdırılması zamanı təxminən 60 km-ə yaxın qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Şabran rayonunun 48 abonentlik Xəlilli kəndinə də ilk dəfə təbii qaz verilib. Bu məqsədlə 24,6 km-dən artıq müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri quraşdırılıb, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib. 

Son xəbərlər

Orphus sistemi