​Azərbaycanda daha 2 kəndə təbii qaz verilib

​Azərbaycanda daha 2 kəndə təbii qaz verilib Qusarın iki kəndi qazlaşdırılıb
Energetika
20 İyul , 2016 15:52
​Azərbaycanda daha 2 kəndə təbii qaz verilib

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu gün Qusar rayonunun Yuxarı Qələnxur və Zuxul kəndlərinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Bildirilib ki, Yuxarı Qələnxur kəndinin 134 abonenti var. Onların qazla təminatı üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2618 metrlik polietilen və 7269 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 134 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

117 abonenti olan Zuxul kəndinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 8883 metrlik polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent sayğac və fərdi tənzimləyici ilə təchiz edilib. 

Son xəbərlər

Orphus sistemi