Azərbaycanda daha 11 kəndə qaz verilib

Azərbaycanda daha 11 kəndə qaz verilib Ümumilikdə, 2 500 abonent qazla təmin olunub
Energetika
18 Dekabr , 2015 18:24
Azərbaycanda daha 11 kəndə qaz verilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün İmişli, Xaçmaz və Tərtər rayonlarının 11 kəndinə təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 2 500 abonent təbii qazla təmin olunub.

İmişli rayonunda qaz verilişi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 1 208 abonenti olan Otuziki, Murğuzalılı, Yuxarı Qaralar, Muradalılı, Xoşçobanlı və Mürsəlli kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 116,2 km-lik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Bu gün həmçinin Xaçmaz rayonunun 442 abonentlik Sayad, Ərəb və Çılğır kəndlərinə ilk dəfə təbii qaz verilib. Qeyd olunub ki, qazlaşdırma işləri zamanı ümumi uzunluğu 39,7 km olan müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Tərtər rayonunun 850 abonentlik Qaradağlı-2 və Köçərli kəndlərinin qaz təchizatının bərpası münasibəti ilə keçirilmiş tədbirdə isə vurğulanıb ki, bu məqsədlə ümumi uzunluğu 55,1 km olan müxtəlif diametrli metal boru xətləri çəkilib, 850 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi