"Bu il Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsində layihələrin inkişafı üzrə hərracların keçirilməsi imkanı kifayət qədər yüksəkdir".
"Report"un məlumatına görə, bu barədə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə söyləyib.
"Bu, qanunvericilik çərçivəsində hazırlanır. Bizim bərpa edilən enerji sahəsində qanunumuz artıq vizalanma mərhələsindədir. Eyni zamanda, hərrac üçün hazırlıq işləri aparılır. Hərracların 2020-ci ildə həyata keçirilmə ehtimalı kifayət qədər yüksəkdir", - E. Soltanov qeyd edib.
Qeyd edək ki, öncə ölkədə bərpa edilən enerji mənbələrinin inkişafı üzrə 8 perspektiv sahə seçilib. Bu ilin yanvarın 9-da Azərbaycanın
Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri
Hazırda E.Soltanovun sözlərinə görə, bu sahədə layihələrin inkişafı üçün 5 sahə mövcuddur. Bununla yanaşı, potensial olaraq 5 şirkət Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində lahiyyələrdə iştirak etməkdə və sərmayələrin qoyulmasında maraqlıdır.
Qeyd edək ki, Azərbaycanın iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.