Yuxarı
    Bağlamaq

    Azərbaycanda bu il 80-dək yaşayış məntəqəsinə qaz verilib

    Dörd ayda 2 208 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb

    Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2014-2016-cı illər) icrası istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə cari ilin yanvar-aprel ayları ərzində 2 208 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 138 km qaz kəməri əsaslı təmir olunub.

    Bu barədə "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir.

    Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsi qazlaşdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi