​Azərbaycanda bu il 106 yaşayış məntəqəsinə təbii qaz verilib

​Azərbaycanda bu il 106 yaşayış məntəqəsinə təbii qaz verilib İlin I yarısında 6 636 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb
Energetika
12 İyul , 2016 12:41
​Azərbaycanda bu il 106 yaşayış məntəqəsinə təbii qaz verilib

Bakı. 12 iyul. REPORT.AZ/Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-iyun ayları ərzində 6636 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 189 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Kürdəmir, Ağsu, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Ağacabədi, Şabran, Zərdab, Sabirabad, Salyan, Neftçala, Cəlilabad, Tovuz, Qəbələ, Qusar, Qax, Şəki, Göyçay, Quba, Tərtər, Şəmkir, Goranboy, Oğuz, Gədəbəy, Ucar, Samux, Yevlax, İmişli və Masallı rayonları üzrə 106 yaşayış məntəqəsi qazlaşdırılıb.                               

Son xəbərlər

Orphus sistemi