Azərbaycanda birgə neft-qaz layihələrinə 55 mlrd. dollar sərmayə qoyulub

Azərbaycanda birgə neft-qaz layihələrinə 55 mlrd. dollar sərmayə qoyulub Bakı Gəmiqayırma Zavodu yeni nəsil yarımdalma qazma qurğusunun tikintisi ilə məşğuldur
Energetika
5 May , 2015 13:41
Azərbaycanda birgə neft-qaz layihələrinə 55 mlrd. dollar sərmayə qoyulub

Bakı. 5 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onun törəmə şirkətləri 18 Hasilatın Pay Bölgüsü sazişi üzrə 15 ölkəni təmsil edən 25 şirkətlə əməkdaşlıq edir. Birgə layihələrin iştirakçıları tərəfindən ölkənin neft-qaz sektoruna 55 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb. "Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirilir.

"Təsis etdiyimiz 37 birgə müəssisə və 7 alyans neft və qaz sənayesinin, demək olar, bütün sahələrində uğurla fəaliyyət göstərir. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirib. Son 20 ildə "Azəri-Çıraq-Günəşli" layihəsinə 3 mindən artıq yerli müəssisə və şirkət cəlb olunub. Bu gün mühəndislərimiz transmilli şirkətlərin top-menecment heyətində şərəflə təmsil olunurlar. Birgə layihələrdə milli kadrların sayı ilbəil artır. Minlərlə tələbə ölkə daxilində və xaricdə müxtəlif təqaüd proqramlarından bəhrələnir", - deyə R.Abdullayev qeyd edib.

Həmçinin məqalədə qeyd olunub ki, Bakı Gəmiqayırma Zavodu artıq ilk sifarişlərini qəbul edib və 6-cı nəsildən olan yarımdalma qazma qurğusunun tikintisi ilə məşğuldur: “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı işlərin görülməsi üçün nəzərdə tutulan unikal gəminin də inşası bu zavodda aparılacaq".

Son xəbərlər

Orphus sistemi