Azərbaycanda bərpaolunan enerjinin payı 30 %-ə çatdırılacaq

Azərbaycanda bərpaolunan enerjinin payı 30 %-ə çatdırılacaq Energetika sektorunun uzunmüddətli inkişaf strategiyasının layihəsi üzərində iş aparılır.
Energetika
7 Yanvar , 2021 13:32
Azərbaycanda bərpaolunan enerjinin payı 30 %-ə çatdırılacaq

"Qanunvericilik bazasının təkmilləşdirilməsi çərçivəsində dörd yeni qanun layihəsi hazırlanıb. Energetika sektorunun uzunmüddətli inkişaf strategiyasının layihəsi üzərində iş aparılır".

“Report”un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 %-ə çatdırılması ilə qarşımıza qoyulmuş vəzifənin icrası məqsədilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavat külək elektrik stansiyasının tikintisi üzrə müqavilələr artıq imzalanıb: "Xarici sərmayəyə əsaslanan bu layihə ildə 200 milyon kubmetr qaza qənaət olunmasını təmin edəcək”.

Nazir bildirib ki, növbəti layihə, “Günəş” layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə bu il mart ayının 1-dək yekunlaşdırılmalıdır və bu istiqamətdə də işlər aparılır.

Son xəbərlər

Orphus sistemi