Azərbaycanda bərpa olunan enerjinin ümumi iqtisadi potensialı 26,9 min MVt qiymətləndirilir

Azərbaycanda bərpa olunan enerjinin ümumi iqtisadi potensialı 26,9 min MVt qiymətləndirilir Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi iqtisadi potensialı 26 940 MVt gücündə qiymətləndirilir.
Energetika
14 Dekabr , 2018 13:19
Azərbaycanda bərpa olunan enerjinin ümumi iqtisadi potensialı 26,9 min MVt qiymətləndirilir

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi iqtisadi potensialı 26 940 MVt gücündə qiymətləndirilir.

“Report” xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədr müavini Cəmil Məlikov Bakıda keçirilən "Bərpa olunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığı" mövzusunda "dəyirmi masa"da bildirib.

Onun sözlərinə görə, ən böyük iqtisadi potensial 23 040 MVt güclə günəş enerjisində hesab edilir. “Külək enerjisinin 3 min MVt, hirdoenerjinin 520 MVt, bioenerjinin 380 MVt, geotermal enerjinin isə 40 termal iqtisadi potensialı var”.

Agentliyin sədr müavini yaxın illərdə 420 MVt generasiya güclərinin yaradılmasının planlaşdırıldığını bildirib. O qeyd edib ki, bunun 350 MVt-ı külək enerjisinin, 50 MVt-ı günəş enerjisinin, 20 MVt-ı bioenerjinin payına düşəcək.

C. Məlikov bərpa olunan enerjinin qoyuluş gücünün isə 1 274 MVt olduğunu bildirib. “Qoyuluş gücü hirdoenerji üzrə 1 140 MVt, külək enerjisi üzrə 63 MVt, bioenerji üzrə 38 MVt, günəş enerjisi üzrə isə 33 MVt təşkil edir",- o məlumat verib.

Son xəbərlər

Orphus sistemi