Yuxarı

Azərbaycanda benzin yenidən ucuzlaşdırılıb

Dövlət başçısının tapşırığı ilə yanacağın qiyməti aşağı salınıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidentinin tapşırığı ilə yanvarın 14-də Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. Qərara əsasən, Şuranın "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 2015-ci il 12 yanvar tarixli qərarı ləğv edilib.

Tarif Şurasından "Report"a verilən xəbərə görə, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər 1 litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi Ai-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.

Qərar 2015-ci il yanvarın 15-dən qüvvəyə minəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi