​Azərbaycanda daha iki kəndə ilk dəfə qaz verilib

​Azərbaycanda daha iki kəndə ilk dəfə qaz verilib Ucar rayonunun Qarabörk və Bağırbəyli kəndlərinə ilk dəfə təbii qaz verilməsi münasibətilə tədbirlər keçirilib
Energetika
11 İyul , 2015 14:16
​Azərbaycanda daha iki kəndə ilk dəfə qaz verilib

Bakı. 11 iyul. REPORT.AZ/ Ucar rayonunun Qarabörk və Bağırbəyli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

"Report"un Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, açılış mərasimlərində SOCAR prezidenti Rövnəq Abdullayev, SOCAR rəhbərliyinin təmsilçiləri, Ucar rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. SOCAR prezidentinə məruzə edilib ki, 309 abonenti olan Qarabörk kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 13716 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 309 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılmışdır. 38 abonenti olan Bağırbəyli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 3578 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 38 mənzilə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

R.Abdullayev son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. O bildirib ki, heç bir vaxt təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur. SOCAR prezidenti ölkənin qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi