Azərbaycanda avtomobil benzini istehsalı artıb

Azərbaycanda avtomobil benzini istehsalı artıb Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,295 mlrd manat təşkil edib.
Energetika
12 İyun , 2020 15:08
Azərbaycanda avtomobil benzini istehsalı artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,295 mlrd manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 2% çoxdur.

Hesabat dövründə ölkədə 505,9 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 1,2% artıqdır.

İlin beş ayı ərzində 930,6 min ton həcmində dizel yanacağı, 38,5 min ton həcmində yanacaq mazutu, 10,8 min ton həcmində sürtkü yağları, 99,9 min ton həcmində neft bitumu istehsal edilib. Sürtkü yağlarının istehsalı 61,2%, neft bitumunun istehsalı 37,2%, yanacaq mazutunun istehsalı 17,4%, dizel yanacağının istehsalı 5% artıb.

Hesabat dövründə 131,6 min ton həcmində neft-kimya sənayesində istifadə üçün benzin, 219,9 min ton həcmində ağ neft, 95,2 min ton həcmində neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 3,5%, neft koksunun istehsalı 6,7%, ağ neftin istehsalı isə 13,6% azalıb.

Son xəbərlər

Orphus sistemi