Azərbaycanda avtomobil benzini istehsalı artıb

Azərbaycanda avtomobil benzini istehsalı artıb Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,556 mlrd manat təşkil edib
Energetika
16 İyul , 2020 10:43
Azərbaycanda avtomobil benzini istehsalı artıb

Bu ilin I yarısında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,556 mlrd manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 0,8% çoxdur.

Hesabat dövründə 611,5 min ton həcmində avtomobil benzini, 1,119 mln ton dizel yanacağı, 12,8 min ton sürtkü yağları, 135,9 min ton neft bitumu, 111,4 min ton neft koksu istehsal edilib.

Avtomobil benzini istehsalı 0,7%, dizel yanacağı istehsalı 4,9%, sürtkü yağlarının istehsalı 33,3%, neft bitumunun istehsalı 38,7% artıb.

İlin I yarısında ölkədə 138,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 251,5 min ton ağ neft, 39,2 min ton yanacaq mazutu, 111,4 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 8,8%, ağ neftin istehsalı 16,3%, yanacaq mazutunun istehsalı 32,2%, neft koksunun istehsalı 8,2% azalıb.

Son xəbərlər

Orphus sistemi